9 C
Baku
Thursday, December 12, 2024

Plastik kartın nömrəsi nəyi bildirir?

Yəqin ki, siz də bir çox plastik kart sahibləri kimi kartınızın üzərindəki rəqəmlərin nəyi əks etdirdiyi ilə maraqlanmısınız. Plastik kartın üzərindəki 16 simvollu kombinasiya fırıldaqçılıq əməllərindən qorunmanı təmin edən xüsusi bank nömrəsidir.

Kartınızın üzərindəki şifrə ya qabarıq (əlinizlə toxunduqda hiss edə bilərsiniz), ya da xüsusi mürəkkəblə təsvir edilə bilər. Şifrə kombinasiyasında adətən 16 rəqəmdən istifadə edilsə də, bəzən 13 və 19 rəqəmli şifrələrə də rast gəlmək olur. Şifrədə əlavə rəqəmlərdən istifadə kredit proqramını ifadə edir.

Standart variant olan 16 rəqəmdən ibarət nömrənin hansı mənanı ifadə etdiyini araşdıraq:

İlk 6 rəqəm bankı təyin etmək üçün nəzərdə tutulub. Kartın üzərində həkk edilmiş ilk rəqəm kartın hansı ödəniş sistaminə aid olduğunu bildirir (American Express – 3, Visa – 4, MasterCard — 5). Növbəti 3 rəqəm isə bank təşkilatını – kartın emitentini simvolizə edir.

İkinci 4-lük maliyyə təşkilatını əlavə olaraq identifikasiya edən 2 rəqəmlə başlayır. Digərləri isə hazır ki plastik karta bağlı emitentin kredit məhsulunu ifadə edir.

Geridə qalan 2 qrup 4-lükdəki rəqəmlər təsadüfi yolla seçilir. Onlar həmçinin özündə çip məlumatlarının, kart hesabının valyutasını və bank şöbəsinin şifrəsini əks etdirə bilər.

Plastik kartın tam nömrəsi unikaldır və digər kartlarda təkrarlana bilməz.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.