-2 C
Baku
Tuesday, February 27, 2024

Plastik kartınızın PIN-kodunu unutduqda nə etmək lazımdır?

Bank müştəriləri plastik kartlarının Pin-kodunu yadda saxlamaqla bağlı verilən sualların əksəriyyətinə öz yaddaşlarına güvəndiklərini deməklə cavab vermişlər. Bəs yaddaşınız sizi yarı yolda qoyduqda və şifrəsini heç bir halda yada sala bilmədikdə nə etmək lazımdır?

Plastik kart sahibi heç bir halda şifrəsini yada sala bilmədikdə vəziyyətdən ən populyar çıxış yolu banka müraciət etmək və yeni kartın buraxılması ilə bağlı ərizə təqdim etməkdir. Bu zaman köhnə kart belə desək, məhv edilir və əvəzində yeni şifrə ilə, yeni kart buraxılır.

Problemin bu formada həll edilməsi bank üçün heç də həmişə rahat variant olmadığından, banklar müştərilərə yeni həll yolları təklif edirlər. Adətən, bəzi maliyyə təşkilatları telefon vasitəsilə yeni şifrə əldə etmək üçün kart verilərkən təqdim edilən açar sözü səsləndirməyi tələb edirlər. Bəzən müştəri yeni şifrə əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlə ən yaxın müştərisi olduğu bankın filialına yaxınlaşa bilər.

Əgər vətəndaş PİN-kodunu yeniləmək və yaxud kartını yenidən buraxdırmaq istəmədikdə bankın kassasına şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə kartda qalan məbləği əldə edə bilər.

Son xəbərlər
Digər xəbərlər