10 C
Baku
Friday, December 27, 2024

Plastik kartlar ilə bağlı fırıldaqçılıq üsulları

Bizim ölkədə ilk bankomatlar təqribən  on il bundan əvvəl peyda olub. Hazırda milyonlarla insan plastik kart sahibidir. Kartlara təqaüd, pensiya, əməkhaqqı və onlarla fərqli təyinatlı pullar köçürülür. Bankomatların sayı da durmadan artır, amma bu həm də yeni cinayətkarlıq növlərinin meydana çıxmasına səbəb olur. Yəni plastik kartlar ilə bağlı çoxlu fırıldaqçılıq üsulları meydana çıxır.

Bəs necə edəsən ki, özünü kələkbazlardan qoruya biləsən.  Sizə fırıldaqçıların vətəndaşların hesablarından pul çıxartmaq üçün istifadə etdiyi ən məşhur “metodları” təqdim edirik.

Ən geniş yayılmış üsul plastik kartların oğurlanmasıdır. Oğru uzun müddət ərzində öz qurbanının hərəkətlərini izləyir, o kart sahibi güdür, çalışır ki, onun arxasında gizli şəkildə dayanaraq onun kartla bağlı həyata keçirdiyi bütün əməliyyatları müşahidə etsin, sonra qalır bircə kartı sahibinin əlindən qoparmaq.  Bu iki yolla ola bilər: ya soyğunçu sizə silahla təhdid edərək kartı ona verməyi tələb edir, ya kartı sizin əlinizdən qəfildən alıb, qaçır, ya da heç sizin ruhunu belə incimədən onu sizin cibinizdən və ya çantanızdan götürür, sizi bunun necə baş verdiyini heç hiss etmirsiniz.

Pul çəkməzdən öncə adamların çox olduğu bir yerdə bankomat seçin.  Amma buna rəğmən oğurluq baş verərsə,  dərhal banka zəng edin və kartınızı bloklaşdırın.

ikinci üsul –bankomatlara quraşdırılan xüsusi klaviatura təkrarlayan qurğudur. Bu qurğu bankomatların klaviaturasında yerləşdirirlir. Onlar tamamı ilə  klaviaturaların düymələrini təkrarlayır. Siz kart ilə bağlı əməliyyat keçirdikdə , saxta klaviatura parolu, yəni sizin klaviaturanın düymələrini hansı ardıcıllıqla yığdığınızı yadda saxlayır. Kartı daxil etməkdən öncə klaviaturanı diqqətlə baxışdan keçirin. Əgər siz şübhəli nə isə hiss etmisinizsə, onda dərhal bankınızı texniki dəstək şöbəsi ilə əlaqə saxlayın.

Üçüncü fırıldaqçılıq üsulu –bankomatda yerləşdirilən zərfdir. Bankomatın kart oyuğuna fırıldaqçılar xüsusi ölçülü zərf yerləşdirirlər, bu zərf plastik kartdan azacıq böyük olur. Əgər kartınız bu qurğuya düşərsə onu geri çıxartmaq mümkün olmayacaq.  Qəribədir ki, yaxınlıqda həmişə sizə “kömək etməyə hazır” bir insan peyda olur. O sizin pin-kodu öyrənəndən sonra, siz isə kartı çıxarmağın qeyri-mümkün olduğunu başa düşdükdən sonra çıxıb gedirsiniz. Fırıldaqçı isə dərhal ələ düşmüş fürsətdən istifadə edərək  zərfi çıxaracaq.

Əgər bankomat sizə  şübhəli görünürsə və  ürəyinizə yatmırsa, tənbəllik etməyin, pul çıxarmaq üçün başqa bir yerdəki bankomata üz tutun.

Dördüncü fırıldaqçılıq üsulu –videokameradır. Soyğunçu bankomatın yaxınlığında bir yerdə kamera quraşdır və növbə çəkir, sizi izləyir. O sizin həyata keçirdiyiniz əməliyyatları noutbuk vasitəsi ilə də izləyə bilər.  Bankomatdan istifadə etməmişdən öncə ətrafınıza göz gəzdirin, bəlkə bu zaman hər-hansı bir qəribə qurğu sizin diqqətinizi çəkəcək. Gərəkdir ki, klaviaturanın ətrafında heç bir əcaib əşya olmasın.

Həmişə yoxlanılmış bankomatlardan istifadə edin, onlar nəhəng ticarət mərkəzlərində, banklarda, Azərbaycanda universitetlərin və ya dövlət orqanlarının  binalarının daxilində, iri otellərdə ola bilər. Pin-kodu heç vaxt kartla yanaşı saxlamayın. Ən vacibi isə heç vaxt pin-kodu plastik kartın üzərinə yazmayın. Bankomatda hər hansı bir əməliyyatı həyat keçirdikdən sonra, həmişə yoxlayın ki, hər şeyimi götürmüsünüz: pul, kart, qəbz, ekrandan da bütün yazıların silinməsinə nəzarət edin.  Mütləq sms-bankinq xidmətinə qoşulun və hesabınızda və ya kartınızda baş verən hadisələrdən xəbərdar olun.

Son xəbərlər
Digər xəbərlər