10 C
Baku
Tuesday, November 26, 2024

Plastik kartlar yenilənir – DİQQƏT

Ünvanlı sosial yardımın ödənilməsi üçün nəzərədə tutulan bütün plastik kartlar yeniləri ilə əvəz olunacaq.

Azərbaycanda ünvanlı sosial yardımın ödənilməsi üçün nəzərədə tutulan bütün plastik kartlar yeniləri ilə əvəz olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımın bankomatlar vasitəsilə alınması üçün verilmiş bütün plastik ödəniş kartlarının yeniləri ilə əvəz olunması nəzərdə tutulur.

Bu tədbir ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişi sistemində neqativ halların aradan qaldırılması və şəffaflığın təminatı istiqamətində aparılan islahat tədbirlərinin davamı olaraq həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni plastik kartların sifariş olunması üçün Nazirlik yaxın vaxtlarda banklar arasında açıq tender keçirəcək.

Tenderin şərtlərinə uyğun olaraq, hazırlanmış yeni plastik ödəniş kartları ünvanlı yardım təyinatı aparılmış vətəndaşlara banklar tərəfindən şəxsən təqdim ediləcək. Bu tədbir əvvəllər mövcud olmuş çatışmazlıqların aradan qalxmasına, təyin olunmuş yardımı almaq üçün verilən plastik kartların məhz aztəminatlı ailələrin özlərində olmasına gətirib çıxaracaq.

Bu ilin fevralın 1-nə Azərbaycanda 135 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Ünvanlı sosial yardım alan ailələrin siyahısı Nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində yerləşdirilib.

xezerxeber.com

Son xəbərlər
Digər xəbərlər