33 C
Baku
Wednesday, July 17, 2024

Plastik kartların neçə faizi çiplə təmin edilib?

Banker.az xəbər verir ki, Kart istehsalçılarının beynəlxalq assosiasiyasının (ICMA) təqdim etdiyi hesabata əsasən, plastik kartların 70%-i daxili çipə sahibdir.

ICMA hesabatında deyilir ki, 2016-cı ildə dünya kart istehsalçılarının gəlirinin 88,6%-ni çip-kartlar gətirib. Həmçinin qeyd edilir ki, 2016-cı il üçün qlobal kart bazarının həcmi 27,4 milyard dollar olaraq qiymətləndirilir.

Verilən məlumatlara görə, 2016-cı il ərzində buraxılan kartların sayı 35,4 milyard təşkil edib ki, bu da 2015-ci ildə olduğundan 0,8% çoxdur. Bu kartların emissiyasından gələn qlobal gəlir 2015-ci il ilə müqayisədə 3,1% artıb və 19,8 milyard dollara çatıb. Kartlarla bağlı müştərilərə xidmət və kartların fərdiləşdirilməsi xidmətləri isə əlavə 7,55 milyard dollar gətirib.

Bununla yanaşı, ICMA hesablamalarına görə, plastik kart bazarı həcminə görə lider buraxılmış 14,15 milyard kart ilə Asiya-Sakit okeanı regionudur. Şimali Amerika ikinci pillənin sahibidir və burada 9,31 milyard kart buraxılıb. Liderlərin üçlüyünü 5,9 milyard göstərici ilə Avropa tamamlayır.

Son xəbərlər
Digər xəbərlər