10 C
Baku
Friday, December 13, 2024

Plastik kartların qlobal bazarı rəqəmlərdə – Nilson Report

Banker.az xəbər verir ki, Nilson Report «Global Cards Report 2016» hesabatına əsasən, 2016-cı ildə American Express, Diners Club / Discover, JCB, Mastercard, UnionPay və Visa ödəniş sistemlərinin kredit və debet kartlarının qlobal xərcləri 20 trilyon dolları geridə qoyub.

Hansı plastik kart ilə daha çox ödəniş edilir?

 

Visa, UnionPay, Mastercard, JCB, Diners Club/Discover və American Express kartları ilə həyata keçirilən tranzaksiyaların sayı artıb. Artım 13,3% təşkil edir. Keçən il ərzində istifadəçilər mağazalarda plastik kart ilə 257,17 milyard dəfə ödəniş edib.

Tranzaksiya sayına görə lider Visa şirkətidir. Bütün akış-veriş proseslərinin 54,06%-ndə Visa ödəniş alətlərindən istifadə olunub. Visa debet kartı ilə 34,82%, kredit kartı ilə isə 19,23% alış-veriş ödənilib. Mastercard şirkətinin debet kartlarından 13,30, kredit kartlarından isə 12,87% hallarda istifadə olunub. UnionPay kredit kartları ilə 7,59, debet kartları ilə isə 7,32% tranzaksiya ödənilib. American Express şirkətinin 2,81, yapon JCB şirkətinin 1,15, Diners Club/Discover şirkətinin isə 0,91% qlobal ödənişi olub.

Hansı kartlar ilə daha çox pul xərclənir?

İl ərzində kart vasitəsilə hesabı ödənilən alış-veriş həcmi 5,8% artıb, 20,606 trilyon Abş dolları təşkil edib.

Tranzaksiya həcminə görə ən populyar ödəniş aləti UnionPay şirkətinin debet kartları oldu. Onun ardınca Visa debet və kredit kartları, UnionPay kredit kartları, Mastercard kredit kartları, Mastercard debet kartları, American Express kartları, JCB karları və Diners Club/Discover kartları həlir.

Hansı kartlar populyarlaşır?

Çin ödəniş sisteminin tranzaksiya həcminə görə lider ola bilməməsinə baxmayaraq, çin kartları ilə ödəniş sayının artım tempi (32%) 2016-cı il ilə müqayisədə sözün əsl mənasında heyrət doğurur. Debet və fakturasız kartlar günbəgün daha geniş yayılır. 2016-cı ildə bütün hesablaşmaların 55,44%-i onların payına düşüb.

Son xəbərlər
Digər xəbərlər