-1 C
Baku
Saturday, December 14, 2024

Plastik kartların sayı yenidən artdı

Azərbaycanda plastik kartların sayı 1 sentyabr 2019-cu il tarixdə bir qədər də artmaqla tarixi rekordunu (öncəki ay: 7 milyon 132 min ədəd) 7 milyon 209 min ədədə çatdırıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Plastik kartların 2 milyon 693 min ədədi sosial kartlar, 2 milyon 182 min ədədi əməkhaqqı kartları, 1 milyon 563 min ədədi digər  və 771 min ədədi isə kredit kartlarıdır. Plastik kartlarda azalma yalnız kredit kartlarda müşahidə edilir.

Qeyd edək ki, kredit və debet kartlarla ümumilikdə 13 milyon 678 min əməliyyat aparılmaqla bu 1 milyard 904 milyon manatı əhatə edib.

Son xəbərlər
Digər xəbərlər