“Grace-period” yəni güzəşt müddəti anlayışı altında elə müddət nəzərdə tutulur ki, həmin müddət ərzində bank borc puldan istifadəyə görə faiz hesablamır.
Adətən güzəşt müddəti 30-45 gün arasında olur, bu müddət ərzində müştəri kredit borcunu tam bağladıqda heç bir faiz ödəmir, müddət keçdikdə isə artıq faizlər hesablanır. Əlavə olaraq müştəri pulu bankomatdan nağd çıxardıqda buna görə komissiya ödəyir, POS terminallardan ödədikdə isə bank komissiyanı satıcıdan alır. Lakin güzəşt müddətini sadəcə “Faizsiz müddət” kimi qəbul etmək düz deyil, çünki bank üçün bu alət müştərinin məmnuniyyətini artıraraq banka loyallığını bərkitmək üçündür.
Grece period-un yəni güzəşt müddəti əsasən bir ay ərzində istifadə olunan vəsaitə görə ödənişlər növbəti ayın 1-dən 10-ə qədər olan vaxt ərzində həyata keçirilir. Misal üçün əgər siz bu ayın 2-si kartınızdan istifadə edərək, ödəniş etmisinizsə, gələn ayın 10-na kimi həmin məbləği yerinə qoymalısınız. Əgər Kart üçün qoyulan güzəşt müddətinə qədər ödənişinizi etməlisiniz. əgər həmin vaxta kimi ödənişinizi edə bilməsəniz, bank tərəfindən tətbiq olunan kiçik məbləği ödəməlisiniz. Digər borcunuzu isə tətbiq olunan illik faiz ilə birlikdə geri ödəməli olacaqsınız.
Aşağıdakı cədvəldə isə bankların kredit kartları üzrə mövcüd güzəşt vaxtlarını görə bilərsiniz.