Azərbaycanda 2020-ci ilin ilk iki ayında kimya sənayesində, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində böyük irəliləyişlər müşahidə edilib.
Banker.az xəbər verir ki, ilin yanvar-fevral ayları ərzində 428,7 min ədədlik butullar, butulkalar və tutumu 2 litrdən çox olmayan oxşar plastik məmulatlar istehsal edilib. Bu öncəki illə müqayisədə böyük fərqlə, 2,6 dəfəlik artıma nail olunması deməkdir. Bu barədə AzStatKomun statistik rəqəmlərində deyilir.
Yanvar-fevral aylarında bərk polietilen borular, borucuqlar, şlanqlar, qollar istehsal çəkisi 11,8 faiz həcmində azalaraq 857,1 min ton təşkil edib. Burada bir maraqlı məqam, istehsalın azalmasında ehtiyatın 4 mln. tona yaxın olması səbəbindən istehsala ehtiyacın azalmasını mümkün saymaq olar. Eyni fiqurda bərk polipropilen hazırlanan məhsullarda isə istehsalın çəkisi 2 dəfəyə yaxın artmaqla 767,7 min ton həcmində cari ilin yanvar fevral aylarında daha çox artığını müşahidə edirik.
Ölkədə tikintidən kənd təssərrüfatına kimi daha çox istehlak olunan plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin həcmi isə daha kəskin şəkildə, yəni, illik müqayisədə 6 dəfə artmalı olub. Hesabat dövründə ölkədə 161 tonluq bu növ məhsullar istehsal edilib. Ehtiyyat həcmi isə 195,6 ton təşkil edir.