31 C
Baku
Monday, July 21, 2025

Platinin qiyməti 11 ildən sonra ilk dəfə 1 500 dolları keçib

Platinin qiyməti 2014-cü ilin iyul ayından bəri ilk dəfə 1 500 ABŞ dollarını ötüb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Platinin qiyməti cümə günü günortadan sonra inamlı artım nümayiş etdirib – kotirovkalar 2 %-dən çox artıb və ticarətdə 11 ildən sonra ilk dəfə bir troya unsiyası üçün 1 500 dolları ötüb.

Kotirovkalardakı artım ardıcıl üçüncü ticarət günüdür davam edir. Əvvəlki iki sessiyanın nəticələrinə əsasən, platin toplamda 5,1 % dəyər qazanmışdı.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər