9 C
Baku
Wednesday, December 17, 2025

Platinin qiyməti 2011-ci ilin avqustundan bəri ilk dəfə 1900 dolları keçib

Nyu-York Əmtəə Birjasında (NYMEX) 2026-cı ilin yanvar ayında tədarükü nəzərdə tutulan platin fyuçerslərinin qiyməti 2011-ci ilin 23 avqustundan bəri ilk dəfə bir troya unsiyası üçün 1900 dolları keçib. Bunu ticarət məlumatları təsdiq edir.

Bakı vaxtı ilə saat 05:19-a olan məlumata görə, platin fyuçerslərinin qiyməti 1,4% artaraq bir troya unsiyası üçün  1901,8 dollar təşkil edib. Saat 09:25-ə doğru platin qiymətlərində artım sürətlənərək 1920,7 dollar səviyyəsinə çatıb (+2,41%).

İlin əvvəlindən bəri qiymətli metalın dəyəri 109,52% artıb, dekabrın əvvəlindən isə artım 16,1% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər