16 C
Baku
Friday, September 26, 2025

Platinin qiyməti 2013-cü ildən bəri maksimum həddə çatıb

Nyu-York Əmtəə Birjasında (NYMEX) oktyabr fyuçerslərinin dəyəri 2013-cü ilin aprelindən bəri ən yüksək göstəricini yeniləyib. Saat 15:55-ə olan məlumata görə, qiymət 3.11% artaraq unsiya üçün 1577.6 ABŞ dollarına çatıb.

23 sentyabrda “Comex” əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti tarixdə ilk dəfə unsiya üçün 3800 ABŞ dollarını ötüb. Bakı vaxtı ilə 12:55-ə qiymət 0.75% artaraq 3803.6 dollar olub.

22 sentyabrda qızılın qiyməti yenidən tarixi rekord müəyyən edərək unsiya üçün 3750 dollar həddini keçib. Bundan əvvəl 17 sentyabrda qiymət 3744 dolları ötərək rekorda çatmışdı. Bu, ABŞ Federal Ehtiyat Sisteminin (FED) cari ildə ilk dəfə baza faiz dərəcəsini 0.25 bənd azaldaraq illik 4–4.25%-ə endirməsi fonunda baş verib.

“Bloomberg” yazır ki, 2025-ci ilin əvvəlindən etibarən dünya qızıl qiymətləri 30 dəfədən çox rekord yeniləyib. Mütəxəssislərin fikrincə, ABŞ iqtisadiyyatı zəifləmə əlamətləri göstərir. Bu, ABŞ dollarının zəifləməsi fonunda baş verir ki, bu da adətən əmtəə bazarlarına və qızıla müsbət təsir göstərir.

Son xəbərlər
Digər xəbərlər