“Comex” birjasında aprel ayı üçün platin fyuçersinin qiyməti 5,92% artaraq bir troya unsiyası üçün 2 903,6 dollara yüksəlib. Beləliklə, bu qiymətli metalın dəyəri tarixdə ilk dəfə 2 900 dollar həddini keçib.
Bu gün qızıl və gümüş fyuçersləri də maksimum səviyyələrini yeniləyib. Birjada qiymətli metalların dəyəri 2025-ci ilin dekabrından etibarən artmaqdadır. 2026-cı ilin əvvəlindən bəri gümüş 33%-dən çox, qızıl isə 9% bahalaşıb. Qiymətli metalların bahalaşmasının əsas səbəbi kimi ABŞ prezidenti Donald Trampın Venesuela və Qrenlandiya ilə bağlı siyasəti göstərilir.







