“Google” və “Apple” şirkətləri “Play Market” və “App Store”dan təxminən 1.5 milyon tətbiq siləcəklər. Banker.az xarici mediaya istinadən xəbər verir ki, söhbət iki, üç və daha çox il ərzində yenilənməyən proqramlardan gedir.
Əlavə etmək lazımdır ki, “hack” edilə bilən proqramlar da köhnəlmiş hesab ediləcək, çünki tərtibatçıların zəiflikləri aradan qaldırmaq üçün lazımi yeniləmələri buraxmırlar.