17 C
Baku
Wednesday, May 1, 2024

PLAYBOY yaradıcısının imarəti 100 milyon dollara satıldı

The Wall Street Journal-ın verdiyi məlumata görə, Playboy jurnalının yaradıcısının villası 100 milyon dollara satıldı. İmarətin yeni sahibi isə həmin əraziyə yaxın məsafədə yaşayan və Metropoulos & Co.-nun top meneceri Daren Metropoulos-dur.

Bu Los-Angelosda bu günə qədər hər hansı bir imarət üçün ödənilmiş maksimum həddə olan məbləğdir.

Satış şərtlərinə əsasən, Playboy jurnalının 90 yaşlı yaradıcısı Hyu Hefner burada yaşamağa davam edəcək. Müqavilənin şərtləri ilə tanış olan WSJ mənbələrinin bildirdiyinə görə, Playboy Metropoulusa ildə evin saxlanılması üçün 1 milyon dollar ödəyəcək.

Məlumatlara görə, satış qiymətinə imarətdə yerləşən bir neçə əlavə imkanlar və əsasən oyun avtomatlarının olduğu oyun otağı da daxildir. Bir faktı da qeyd edək ki, 100 milyon dollara evdə yerləşən mebelin böyük hissəsi daxil deyil.

Son xəbərlər
 ⁠
Digər xəbərlər