26 C
Baku
Saturday, July 27, 2024

PlayStation 5-in qiyməti sızdırıldı

PlayStation 5 oyun konsolunun qiyməti Amazon vasitəsilə sızdırılıb.

Türkiyə mətbuatı xəbər verir ki, dodaq uçuqladan qiymət oyun konsolundan gözləntiləri daha da artırıb.

Belə ki, Tvitterdə Wario64 adlı istifadəçi tərəfindən edilən paylaşımda 2 TB-lıq PlayStation 5-in qiymətinin 599,99 funt sterlinq olduğu yazılıb.

Bundan əvvəlki təxminlərdə qiymətin elə 600 dollara qədər arta biləcəyi deyilirdi.

PS5-in Avropada 599 avroya, ABŞ-da isə 599 dollar satışa çıxarılacağı düşünülür.

Qeyd edək ki, sözügedən konsolun təqdimatı sabah baş tutacaq.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər