®PMC Azerbaijan, Azərbaycanda məhsul idarəetməsi sahəsində fəaliyyət göstərən ilk peşəkar icmadır. İcmanın əsas məqsədi nəzəri bilikləri praktiki yanaşmalarla birləşdirərək, ölkəmizdə məhsul idarəetməsi ekosistemini inkişaf etdirmək və innovativ texnologiyaların tətbiqini təşviq etməkdir.
PMC Azerbaijan, sektorda böyük təcrübəyə malik ekspertlər qrupu ilə fərqlənir. Bu ekspertlər qrupu, icma üzvlərinə real layihələrdə dəstək olmaq, təcrübələrini bölüşmək və onların peşəkar inkişafını təmin etmək məqsədilə formalaşdırılmışdır. Bu yanaşma, icmanı yalnız nəzəri deyil, praktiki biliklər üzərində qurulmuş lider bir platformaya çevirir.
İlk Tədbir: Chatbot Yaradılması üzrə Praktiki Workshop PMC Azerbaijan-ın ilk tədbiri 24 dekabr 2024-cü il tarixində, saat 19:00-da Azərbaycan İnnovasiya Mərkəzində baş tutacaqdır.
Tədbirin adı: Neural Syntax Workshop: A-dan Z-yə Chatbot Yaradılması
Tədbirin mövzusu: İştirakçılar, Java proqramlaşdırma dili əsasında bir chatbotun necə yaradılacağını öyrənəcək və Telegram Bot inteqrasiyası, OpenAI ilə işləmə, REST API kimi texnologiyaların tətbiqini praktiki olaraq sınayacaqlar.
Spikerlər: Şəhruz Həsənli və Səftər Murtuzov
Tədbirin məqsədi: İştirakçıları nəzəriyyədən çox, real təcrübələrə yönəltmək və chatbot yaradılması üzrə bilik və bacarıqlarını inkişaf etdirmək.
PMC Azerbaijan-ın Fərqi Nədədir?
Praktik yanaşma: Workshoplar, real layihələr və mentorluq vasitəsilə nəzəri biliklərin praktiki tətbiqi.
Ekspert dəstəyi: 10+ il təcrübəli peşəkarlardan ibarət qrup tərəfindən təqdim edilən fərdi və qrup mentorluğu.
İnnovasiya və texnologiya dəstəyi: İcma, AI, data analitikası və müasir məhsul idarəetmə alətləri ilə üzvlərin inkişafına töhfə verir.
PMC Azerbaijan üzvlərinə, həmçinin, həftəlik görüşlər, seminarlar və müxtəlif təlimlər vasitəsilə peşəkar şəbəkələşmə və inkişaf imkanları təqdim edir.
PMC Azerbaijan haqqında daha ətraflı məlumat və tədbirə qeydiyyat üçün:
🔗 https://linktr.ee/pmcazerbaijan?utm_source=linktree_profile_share<sid=8b0f1d7a-f69a-420d-8b52-131e08a60b74