“PASHA Holding”in strukturunda olan “PMD Group” MMC-nin otelçilik biznesnin nizamnamə kapitalının həcmi yenidən artırıldı.
Banker.az xəbər verir ki, “PMD Hospitality” Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı 7 milyon 124.6 min manata çatdırılıb. Beləliklə, otelçilik şirkərinin kapitalı 1 milyon 230 min, yaxud 21 faiz artırılıb.
Bu isə 2021-ci il ərzində ikinci dəfədir ki, kapitalın artırılması ilə qərar verilir. Cari ilin martında “PMD Hospitality” MMC-nin nizamnamə kapitalı 59 dəfə artırılmaqla, yaxud 100 min manatdan 5 milyon 894.6 min manata qədər artırılmışdı.
“PMD Hospitality” otel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb. “PMD Qrup”unun bir hissəsidir. Təşkilat, 2013-cü ildə, otel və qonaqpərvərlik əmlak inkişaf etdirmək və turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu şirkətin rəsmi səhifəsində qeyd edilir.
“PMD Hospitality” MMC-nin əmlak portfelində bir neçə 5 ulduzlu otel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark).