6 C
Baku
Saturday, December 14, 2024

“PMD Hospitality”ə yeni rəhbər təyin edildi

“PASHA Holding”in struktur bölməsində olan “PMD Group” MMC-nin turizm sektorunda fəaliyyət göstərən şirkəti “PMD Hospitality” MMC-nin Baş icraçı direktoru dəyişib.

Banker.az-ın xəbərinə görə, Firuz Süleymanov vəzifəsini tərk edib, onun yerinə müavini Azər Mirtaqavi təyin edilib.

F.Süleymanov 2019-cu ilin iyunundan 2021-ci ilin dekabrına qədər “PMD Hospitality”nin baş icraçı direktoru təyin edilmişdi. Bundan öncə isə bu şirkətdə baş icraçı direktor müavini kimi çalışmışdı.

A.Mirtaqavi isə 2021-ci ilin aprelindən “PMD Hospitality”nin baş icraçı direktorunun müavini kimi çalışırdı. Onun 25 illik hotel təcrübəsi çərçivəsində finans, biznesin inkişafı və əməliyyat üzrə fəaliyyət göstərmişdir. Azər Mirtaqavi həm yerli qruplarda, eləcə də “Hyatt” və “Hilton” kimi beynəlxalq brendlərdə çalışıb.

O, İngiltərənin Warwick Universitetində MBA təhsili almışdır. Azər, həmçinin, Kornell Universitetində Hotel üzrə Daşınmaz Əmlak, eləcə də, Aktivlərin İdarə olunması üzrə sertifikatlar əldə etmişdir.

“PMD Hospitality” hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb. “PMD Qrup”unun bir hissəsidir. Təşkilat, 2013-cü ildə, otel və qonaqpərvərlik əmlak inkişaf etdirmək və turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu şirkətin rəsmi səhifəsində qeyd edilir.

“PMD Hospitality”nin əmlak portfelində bir neçə 5 ulduzlu otel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark) daxildir.

 

Son xəbərlər
Digər xəbərlər