“PMD Hospitality” MMC-nin idarə heyətində bir sıra yeni təyinatlar baş tutub.
Banker.az xəbər verir ki, Samir Qurbanov, Çağlar Göncüler və Corc Ubbelod müvafiq olaraq Baş İcraçı Direktor, Baş Kommersiya İnzibatçısı və Əməliyyatlar üzrə Baş Direktor vəzifələrinə təyin olunublar.
Samir Qurbanov “PMD Hospitality” MMC-də işə başlamazdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri, “AzerGold” QSC-nin Müşahidə Şurasının üzvü, həmçinin, “Agrotrade Supply” MMC və “PMD Group” MMC kimi şirkətlərinin Müşahidə Şurasının müşaviri kimi çalışıb. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankı, “PricewaterhouseCoopers”, KPMG, SOCAR və başqa təşkilatlarda rəhbər vəzifələr tutub.
Samir Qurbanov Azərbaycan Dövlət Texniki Universitetinin mühəndislik fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib, sonradan ABŞ-ın Rutgers Universitetində dövlət idarəçiliyi və iqtisadi inkişaf üzrə, London Universitetinin Kral Kollecinin hüquq üzrə magistr dərəcəsi, Harvard Biznes Məktəbində idarəçilik üzrə təhsil alıb və Massaçusets Texnologiya İnstitutunun MBA proqramının məzunudur.
Samir Qurbanov
Çağlar Göncüler “Qatar Airways”də iş təcrübəsinə başlayıb və “JW Marriott”, “Aman Resorts”, “Hyatt”, “The Ritz-Carlton”, “Kempinski” kimi dünya şöhrətli hotellərdə Satış və Marketinq üzrə Direktor vəzifələrində çalışıb.
Bilkent Universitetində Amerika Ədəbiyyatı üzrə bakalavr dərəcəsini və Kanadanın “Western” Universitetində Tarix üzrə magistr dərəcəsini qazanıb. “PMD Hospitality” onun Azərbaycanda ilk iş təcrübəsidir. O, həmçinin İdarə heyətinin üzvü seçilib.
Çağlar Göncüler
Corc UbbelodAvropa, Orta Şərq, Asiya və Çində çalışıb. Corc Ubbelod İstanbul Texniki Universitetini mühəndis ixtisası üzrə bitirib, sonradan Cornell, Torrens Universitetləri və AHLEI İnstitutunda qonaqpərvərlik sənayesində idarəetmə üzrə təhsil alıb. EFQM – Avropa Keyfiyyət İdarəetmə Fondunun və UNWTO Akademiyasının üzvüdür.
Corc Ubbelod