“PMD Hospitality” MMC-nin Naftalandakı otelinin nizamnamə kapitalı artırılmaqla milyon manatı ötüb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumata görə, “Yeni Naftalan Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 275 000 manat, yaxud 36% artırılıb.
Beləliklə, kapitalı 767 000 manatdan 1 042 000 manata qaldırılıb.
Qeyd edək ki, PMD-nin bu hotel şirkətinin nizamnamə kapitalı 10 mln. manat idi və 2021-ci ilin sonu ikiyə bölünməklə, onunla paralel “Yeni Naftalan Hotel Company Əmlak” MMC təsis edilmişdi.