Bakıda və regionlarda hotel şəbəkəsinə malik olan “PMD Hospitality” MMC-nin nizamnamə kapitalı artırılmaqla 30 mln. manata çatdırılıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, turizm şirkətinin nizamnamə kapitalı 16 619 000 manat, yaxud 2.3 dəfə artırlmaqla 29 825 600 manata çatdırılıb.
Qeyd edək ki, “PMD Hospitality”nin portfelində olan “Excelsior Hotel” MMC-nin nizamnamə kapitalı 577 min manat, yaxud 75% artaraq 1 mln. 349 min manata, “Goygol Lake Resort” MMC-nin 186 min manat (7%) artırılmaqla 2 mln. 786.1 min manata və “Yeni Naftalan Hotel Company” MMC-nin isə 275 min manat (36%) artırılmaqla 1 mln. 42 min manata çatdırılıb. Ətraflı.
“PMD Hospitality” – hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb. “PMD Qrup”unun bir hissəsidir. Təşkilat, 2013-cü ildə, otel və qonaqpərvərlik əmlak inkişaf etdirmək və turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu şirkətin rəsmi səhifəsində qeyd edilir.
“PMD Hospitality”nin əmlak portfelində bir neçə 5 ulduzlu otel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark).