12 C
Baku
Saturday, November 23, 2024

PMD-nin bu layihəsinin kapitalı 8 milyon manata çatdırıldı

“PASHA Holding” MMC-nin strukturunda olan “PMD Group”un törəmə şirkətinin nizamnamə kapitalı yenidən artırılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

“PMD Projects” MMC kapitalı 1 milyon manat, yaxud 12.5% artırılmaqla 8 milyon manata çatdırılıb.

“PMD Projectis” 2018-ci ilin iyununda yaradılıb. Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

“PMD Projectis”in Azərbaycanda reallaşdırdığı “Vurğun Residence”ni, “Lankaran Springs Hotel”i, “Xəzri” Yaşayış Kompleksini, “Hill Side” Yaşayış Evlərini, “Zefir Mall”ı, Azərbaycanda ting yetişdirən “Invitro” laboratoriyasını, yenidən qurulmuş “Şərq Bazarı” böyük layihələri göstərmək olar.

Son xəbərlər
Digər xəbərlər