6 C
Baku
Wednesday, January 7, 2026

“PMD Project” İmarət stadionunun ilk mərhələsini 60.5 milyon manata tikəcək

Gənclər və İdman Nazirliyi İmarət stadionunun tikintisinə 60.5 milyon manat ayırdı.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İmarət stadionunun tikinti işlərinin birinci mərhələsinin satın alınması ilə bağlı müqavilə bağlayıb.

Satınalma çərçivəsində podratçı kimi “PMD Project” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Müqavilənin ümumi dəyəri 60 506 659,56 manat təşkil edir.

Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Son xəbərlər
Digər xəbərlər