23 C
Baku
Wednesday, May 29, 2024

“PMD Projects“ə Ağdam Sənaye Parkında qeyri-rezidentlik statusu verilib

Ağdam Sənaye Parkının rezidentlərindən “Dadaş-N” MMC müxtəlif çeşiddə sintetik xalçaların, “Veliev” MMC Prefabrik dəmir-beton məmulatları istehsalı müəssisələrinin inşasına start verib. Sənaye Parkının digər rezidentləri tərəfindən isə layihələndirmə işləri görülür və yaxın zamanda tikinti işlərinə başlanması planlaşdırılır.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bundan başqa, Ağdam Sənaye Parkında iki şirkətə qeyri-rezidentlik statusu verilib. Onlardan  biri – “Yüksəl Beton” QSC artıq Sənaye Parkının ərazisində beton istehsalı müəssisəsi inşa edib, məhsulun topdan və pərakəndə satışına başlanılıb. Şirkətin istehsal etdiyi beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikinti-quraşdırma işlərində də istifadə olunur.

Daha bir qeyri-rezident olan “PMD Projects“ MMC Sənaye Parkının ərazisində beton istehsalı, topdan və pərakəndə satışı ilə məşğul olacaq. MMC artıq layihələndirmə işlərinə başlayıb.

Qeyd edək ki, Ağdam Sənaye Parkında 9 sahibkara rezidentlik statusu verilib. Həmin rezidentlər tərəfindən 50 milyon manatdan çox investisiya yatırılması və 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər