7 C
Baku
Thursday, December 12, 2024

“PMD”nin 10 milyonluq otel şirkəti ikiyə bölündü

“Yeni Naftalan Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunur.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, tərkibindən ayrılma nəticəsində “Yeni Naftalan Hotel Company Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan edir.

Xatırladaq ki, “PMD Hospitality” MMC-nin törəmə şirkəti olan “Lenkeran Hotel and Resort Company” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Lenkeran Hotel and Resort Company Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan etmişdir.

Qeyd edək ki, “Yeni Naftalan Hotel Company” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 9 422 957 manatdır və qanuni təmsilçisi Anar İbrahimovdur.

 

Son xəbərlər
Digər xəbərlər