“PMD”nin “Yeni Qalaaltı Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 70 252 369 manatdan 77 481 369 manata qaldırılıb.
Belə ki, otel şirkətinin kapitalı 7 229 000 manat artırılıb.
Xatırladaq ki, “Yeni Qalaaltı Hotel Company” 2014-cü ildə yaradılıb, qanuni təmsilçisi Rəşad Kərimzadədir.







