16 C
Baku
Wednesday, May 8, 2024

Pocket – vaxtınız olanda oxuyarsınız!

Adətən olur ki, rastımıza çox maraqlı məqalə çıxır, lakin onu oxumağa vaxt yoxdur. Bəs necə etmək olar ki, bir saytda mənim sevdiyim materialların toplusu olsun, vaxtım olduqca mən də onları oxuyum? Bu problemi Pocket adlanan sistem vasitəsi ilə aradan qaldıra bilərsiniz. Qeyd edək ki, Pocket-də məqalələr və xəbərlərlə yanaşı, Youtube və Vimeo-dan olan videoları da saxlaya bilərsiniz. 

Bəs bu servis necə işləyir?

Sistem çox sadədir. Rastınıza düşən maraqlı məqaləni internet bələdçisində (browser) qeyd edirsiniz ,məlumat yaddaşa ötürülür. Materialı oxumaq istədiyiniz an isə http://getpocket.com/ saytına daxil olmaqla əvvəl yaddaşa verdiyiniz məlumatları oxuya bilərsiniz . Sistemin sadə və gözəl dizaynı sizə oxumaqdan zövq almağa yardımçı olacaq.

Mən bu sistemdən necə istifadə edə bilərəm?

1) İstifadə etdiyiniz internet bələdçinizə uyğun add on (qoşqunu) kompüterinizə yazın (http://getpocket.com/add )
2) Add on yazıldıqdan sonra http://getpocket.com/ saytında qeydiyyatdan keçin
3) Add on işə düşdükdən sonra sizdən login olmağı tələb edəcək ki, materialları həmən hesaba yükləyə bilsin.
4) Vəssalam, artıq prosesdən zövq ala bilərsiniz .

Proqramın bir neçə şəklini sizə təqdim edirik

185ghj24557l

Son xəbərlər
 ⁠
Digər xəbərlər