28 C
Baku
Saturday, July 27, 2024

Poçt şöbələri bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.

“Azərpoçt”dan verilən məlumata görə, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 17:00-dək, paytaxtda yerləşən digər “Şəbəkə”lər saat 10:00-dan 16:00-dək, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən digər “Şəbəkə” xidmət mərkəzləri isə saat 09:00-dan 16:00-dək vətəndaşlara xidmət göstərəcək.

Eyni zamanda, Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33, 2 saylı poçt filialının 9, 17, 102, 111, 117, 122, 3 saylı poçt filialının 2 (Müştəri Xidmətləri Şöbəsi), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156, 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 6 saylı poçt filialının 72 (MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri saat 10:00-dan 16:00-dək, eləcə də regionlardakı mərkəzi xidmət şöbələri saat 09:00-dən 16:00-dək işləyəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

Son xəbərlər
Digər xəbərlər