Poçtlar necə banka çevrildi – Bankların tarixindən

0

Əsrlər boyu ənənəvi banklar mövcud çatışmazlıqlara və problemlərə baxmayaraq, maliyyə xidmətlərinin əsas mənbəyi olaraq qalıblar.

Buna baxmayaraq, zaman-zaman alternativlər mövcüd idi və yeni texnologiyaların inkişafı ilə bu proses sürətlənirdi.  Ənənəvi banklarda pul idarəçiliyinin yeni modelləri – online bankçılıq, mobil ödənişlər, p2p-transferlər inkişaf etməyə başladı. Bank filiallarının şəbəkəsinin zəif inkişaf etdiyi bölgələrdə, onların funksiyaları məşhur messengerlar, mobil operatorlar və hətta taksi xidmətləri tərəfindən götürülmüşdür.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ənənəvi maliyyə qurumları tərəfindən  qiymətləndirilməyən alternativlərdən biri də poçt bankinq  sistemidir. Bu məqalədə, PaySpace Magazine nəşriyyatı, poçt bankınqin xüsusiyyətləri və bu modelin müxtəlif dövlətlərdə necə istifadə edildiyi barədə sizə məlumat verəcəkdir.

Poçt bankçılıq nədir?

Poçt bankçılıq müxtəlif maliyyə əməliyyatları üçün poçt şöbələrindən istifadə etmək imkanıdır.

Bu yeni anlayış deyil- poçt şöbəsində bank qurmaq fikri ilk dəfə 1861-ci ildə Böyük Britaniyada meydana gelib. Məhz bundan sonra ilk poçt bank hesabı açılıb. O vaxtdan bəri, bir çox ölkələr birbaşa poçt şöbəsində maliyyə xidmətlərini həyata keçirib, bu struktur tədricən bu gün  Postbanks adlandırılan yazışmalar və yüklərin göndərilməsinə çevrilib.

Yeni poçt xidmətlərinin cox hissəsi bankda hesab aça bilməyən aztəminatlı vətəndaşlar üçün və ya sadəcə olaraq öz regionlarında maliyyə qurumları olmayanlar üçün nəzərdə tutulub.Tez-tez maliyyə xidmətlərinin ortaya çıxmaması- bu cox vaxt gəlir gətirməyən poçt şöbələrinin şəbəkəsini saxlamağa cəhd idi. Bu o cümlədən qismən Azərbaycanada aiddir.

Müxtəlif ölkələrdə poçtda hansı maliyyə xidmətlərindən istifadə etmək olar:

1.Əmanət hesablar

Poçt banklarının əksəriyyəti-bu,ilk növbədə bank əmanət hesablarının alternatividir. Onlar insanlar öz əmanətlərini təhlükəsiz saxlaya bilməsi üçün lazımlıdırlar. İndiki dövrdə bu, poçtda bank xidmətlərinin ən məşhur növüdür.

Məsələn, British Post Office poçt depozitlərinin müxtəlif formatlarını və rahat funksionallığı təklif edir: əmanətinizi onlayn izləyə və idarə edə bilərsiniz.

  1. Təqaüd paketləri

Bu xidmət tez-tez standart əmanət hesabına malik paketdə təqdim olunur.O, onlara pensiya proqramı təqdim etməyən işəgötürənlər ilə işçilər arasında tələb olunur. Bəzi ölkələrdə (Böyük Britaniyada, Vyetnamda) poçt müxtəlif sənaye sahələrinə təqaüd dövrü üçün saxlanılan vəsaiti investisiya etməyi təklif edir.

  1. Pul köçürmələri

İnsanlar bu təşkilatda bir hesab açmadıqları halda poçta vasitəsi ilə  pul göndərməyə və almağa imkan verir. Bu xidmətin ən müvəffəqiyyətli nümunələrindən biri, Postbank Kenyadır.  Bank, müştəri əməliyyatları sürətləndirmək üçün qabaqcıl mobil pul köçürmə platforması M-Pesa ilə müqavilə imzalayıb. İndi poçt hesabının sahibi pul vəsaitlərinə daxil olmaq üçün mobil cüzdanını istifadə edə bilər.

  1. Poçt depozitləri

Bu vəziyyətdə poçt şöbəsi demək olar ki, ənənəvi bankın funksiyasını yerinə yetirərək, insanların gəlir əldə etməyinə imkan verir.

  1. Kredit xidmətləri

Bəzi poçt bankları da, məsələn, Vyetnam, Cənubi Afrika, Yeni Zelandiya və Birləşmiş Krallıqda kredit xidmətləri təklif edir. Çox vaxt əlverişli faiz dərəcələri xüsusi dövlət proqramları ilə təmin edilir. Buna görə, onlar normal bank kreditlərindən daha əlçatandır.  Onlardan aşağı gəlirləri olan və yeni başlayan sahibkarlar da istifadə edilə bilər.

  1. Beynəlxalq pul köçürmələri

Bir çox milli poçt operatoru beynəlxalq səviyyədə digər oxşar təşkilatlarla əlaqələri var. Bu,az müddət ərzində sərhəd boyunca pul köçürmələri etməyə imkan verir. Onlar həmçinin özəl təşkilatlarla əməkdaşlıq edə bilərlər. Məsələn, Western Union ABŞ-da, Avstriyada və digər ölkələrdə bir neçə poçt bankı ilə işləyir. Və poçt şöbəsindən köçürmələr üçün əlverişli komissiya haqqı təklif edir.

  1. Ödənişlərin qəbulu/göndərilməsi

Biznes sahiblərinin öz müştərilərindən ödəmə ala bilməsi və müəssisənin işçilərinə və təchizatçılarına ödəniş edə bilməsi üçün lazım olan xidmətdir. Pul köçürməsində olduğu kimi, alıcının poçt şöbəsində bank hesabına da ehtiyacı yoxdur.

8.Sığorta

Bu, hələ ki poçt bankının nadir, lakin çox faydalı maliyyə xidmətidir. Məsələn, Cənubi Afrikada tibbi xərcləri əhatə edən əsas sığorta paketləri, eləcə də əmlak və nəqliyyat vasitələrinin saxlanması ilə bağlı paketlər təklif olunur.

Poçt bankının üstünlükləri:

Xidmət sayına görə poçt bankları ənənəvi maliyyə qurumları ilə rəqabət aparır. Lakin geniş xidmət siyahısından əlavə olaraq, banklarla müqayisədə  üstünlüyə malikdirlər.

 

  • Şöbələrin geniş şəbəkəsi

 

Dövlət poçt operatorlarına ofis şəbəkəsini necə inkişaf etdirmək barədə narahat olmağa ehtiyyac yoxdur. Onların artıq banka daxil olmaq imkanına malik olmayan fərqli gəlir səviyyəsi olan müştərilərə avtomatik olaraq giriş imkanı verən uzaq rayonlarda da infrastrukturları var.

2.Dövlət nəzarəti

Ənənəvi bankların əksəriyyəti şəxsi mülkiyyətdədirlər. Nəticədə, onların işi əsasən mənfəətə yönəldilmişdir. Əksinə, poçt bankları dövlət tərəfindən nəzarət olunur və onların əsas məqsədi vətəndaşlara lazım olan maliyyə xidmətlərini göstərməkdir.

3.Stabillik

Böyük Britaniyadakı son bir araşdırmalar göstərir ki, 2010-cu ildən 2016-dək təxminən 2000 bank filialı bağlanıb. Müqayisə üçün həmin müddət ərzində poçt şöbələrinin sayı azalmayıb. Eyni hadisə Yaponiyada və digər inkişaf etmiş ölkələrdə də müşahidə olunur. Bunun nəticəsi olaraq poçt şöbələri daha sabitliyi müşahidə olunur.

Bütün faktları nəzərə alaraq, poçt bankçılıq-bank xidmətlərinin əlverişli, təhlükəsiz və sabit alternatividir. Pul göndərmək,əmanət yerləşdirmək və digər fərqli hallar üçün daha yararlıdır.