20 C
Baku
Tuesday, April 23, 2024

Podolyak: “Rusiyanın hücumlarının hədəfi yalnız mülki obyektlər olub”

“Rusiya Silahlı Qüvvələrinin irimiqyaslı və qəsdən törədilən hücumlarının hədəfi Ukrayna şəhərlərinin mərkəzləri və yalnız mülki obyektlər olub. Bu cür hücumların məqsədi dinc əhalini kütləvi şəkildə qətlə yetirməkdir”.

Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Bu, çoxsaylı şəxslərə qarşı terror aktının bütün hüquqi xüsusiyyətlərini özündə əks etdirən irimiqyaslı hərbi cinayətdir. Gördüyünüz kimi, bu hücum nəticəsində heç bir hərbi obyektə ziyan dəyməyib. Hərbi obyektlər heç hədəfə də alınmayıb. Hücum nəticəsində yalnız mülki infrastruktur, enerji obyektləri, həmçinin yaşayış binaları və şəhər mərkəzləri hədəf alınıb.

Rusiya ordusu döyüş meydanında bərabər şəraitdə vuruşmaq iqtidarında olmadığını çoxdan nümayiş etdirib. O, yalnız mənzillərində yatan və ya işə gedən adi vətəndaşlarla mübarizə aparır”, – Podolyak bildirib.

Onun sözlərinə görə, Rusiya bu hücumları həyata keçirməklə insanları qorxutmaq istəyib, lakin məqsədinə nail ola bilməyib: “Ukraynalılar birləşərək göstərirlər ki, bu cür hücumlar bizi daha da qəzəbləndirir, amma zəiflətmir. Biz bugünkü raket hücumlarından sonra yeni hücumların olacağını anlayırıq. Buna görə də prioritet vəzifə Ukrayna şəhərləri üzərində hava məkanını bağlamaqdır. Ümid edirik ki, tərəfdaşlarımız vəziyyəti düzgün qiymətləndirəcək və Rusiyanın yeni terror hücumlarının qarşısını almaq üçün silah, hava hücumundan müdafiə sistemləri və raketdən müdafiə sistemlərinin təchizatını artıracaqlar”.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər