“Ukrayna ərazilərinin azad edilməsi əməliyyatı dörd istiqamətdə həyata keçiriləcək”.
Bunu ölkə Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Ərazilərin azad edilməsi nöqteyi-nəzərindən 4 istiqamət üzrə konkret proqram mövcuddur”, – deyə Podolyak qeyd edib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Luqansk, Donetsk, Xarkov və Xerson vilayətlərində uğurlar əldə edib.