7 C
Baku
Thursday, December 12, 2024

Pokémon Go: Kimlər bu oyundan nə qədər pul qazanır?

Qısa bir zaman ərzində böyük sürətlə populyarlıq qazanan Pokémon Go oyununda oyunçular öz ətraflarında, parklarda, küçələrdə və mağazalarda pokemon axtarışı ilə məşğuldurlar. SimilarWeb-in məlumatlarına əsasən, Pokémon Go artıq ABŞ-da istifadəçilərin tətbiqetmədə keçirdikləri vaxt reytinqinə görə WhatsApp və Instagram-ı geridə qoyub.

Dünya sayılı günlər ərzində bu oyuna aludə olaraq demək olar ki, ağlını itirmək həddinə çatıb desək yanılmarıq. İstifadəçilər Suriyada hərbi iqamətgahdan tutmuş, İsrail prezidentinin ofisinə qədər pokemon axtarır. Bununla yanaşı, oyunun populyarlıq qazanması ilə bərabər onun öz iqtisadiyyatı da yarandı. Bəs bu yapon pokemonlarından kim nə qədər pul qazanır?

Niantic, Pokémon Company və Nintendo şirkətləri necə gəlir cəlb edir:

Pokémon Go tətbiqetməsini Niaintic (2015-ci ilə qədər Google şirkətinin tərkibinə daxil idi) şirkəti oyunla eyni adlı franşiz  – Pokémon Company ilə birlikdə yaradıb. Yaponiyanın Nintendo şirkəti isə hər iki şirkətin səhmdarıdır. Hazırda tətbiqetmənin yaradıcıları yalnız daxili satışlardan gəlir əldə edir. İstifadəçilər oyunu pulsuz yükləyə və pokemonları daha sürətlə tutmağa imkan verən alətləri ala bilərlər. SuperData hesablamasına əsasən, oyunun buraxıldığı ilk 4 gün ərzində oyunçular 14,04 milyon dollar xərcləmişlər. SensorTower-in verdiyi məlumata görə isə, yalnızca iOS cihazlarının sahibləri oyun yaradıcılarına gün ərzində 1,6 milyon dollar qazandırır. Lakin analitiklər belə hesab edirlər ki, istifadəçilərin bu oyuna qarşı marağı uzun müddət davam etməyəcək. Lakin oyun yaradıcıları artıq qısa müddət ərzində yüksək gəlir əldə etməyə nail olub, Nintendo şirkətinin səhmləri isə iki dəfədən artıq bahalaşıb.

Niantic daxili satışları dayandırmaq fikrində deyil. Şirkətin icraçı direktoru Con Hanke Financial Times jurnalına verdiyi müsahibəsində bildirmişdir ki, gələcəkdə mağaza, restoran və kafelər üçün “məşq meydançası” və pokemon almaq şansı yaradıla bilər.

Pokémon Go başqa kimlərə gəlir qazandırır:

Muzeylər:

Bütün oyunçuların axtardığı pokemonlar üçün məşq meydançaları qaydalara əsasən şəhərin məşhur məkanlarında və ya ictimai erlərdə yerləşir. Niantic nümayəndələri bildirmişlər ki, adənə bu meydançalar girişin məhdud olmadığı yerlərdədir, lakin onların bəzi hissələri muzeylərdədir. Məşhur muzeylərə daxil olmaq üçün isə bilet almaq tələb olunur. Oyundan sonra bir çox muzeylərdə ziyarətçi sayının artdığı müşahidə olunur.

Mağazalar:

Nyu-Yorkda Sephora, H&M və American Apparel kimi mağazaların sahibləri pokemon axtarışında olan müştəri axınını müşahidə etdikdən sonra bu vəziyyətdən reklam və elanlarında istifadə etməyə başladılar. Onlar müştəriləri Pokémon Go tətbiqetməsini dəstəkləyən daha müasir smartfon almağa dəvət edirlər. Bəzi mağazalar isə yalnızca ondan alış-veriş edən müştərilərə öz müəssisəi daxilində oynamağa icazə verir.

Taksilər:

Texas ştatında Fare taksi xidmətinin yaradıcısı olan Grant Fauler uzun məsafələr üçün ödəniş etməyə hazır olan Pokémon Go oyunçuları üçün yeni bir xidmət yaradıb. O öz saytında elan verərək pokemon axtarışında olanları öz taksilərində gəzdirməyə dəvət edir. Fauler bildirmişdir ki, pokemon axtaranlar sayəsində gündəlik əldə edilən gəlir həcmi əhəmiyyətli dərəcədə artmışdır.

Oyunçular:

Təşəbbüskar Pokémon Go oyunçuları da həmçinin oyun vasitəsilə gəlir qazanmağın yolunu tapmışlar. Onlardan bəziləri craiglist elan saytında təqribən 20 dollar qarşılığında 1 saat məşqçilik xidmətləri təklif edirlər. Düzdür, oyunun bu üsulu Niantic qaydalarına zidd olsa da, oyunçular da bu populyarlıqdan bəhrələnmək istəyirlər.

Son xəbərlər
Digər xəbərlər