15 C
Baku
Thursday, March 13, 2025

“Pokemon Go”nun tərtibatçısı oyun biznesini $3.5 milyarda satır

Dünən, martın 12-də “Pokemon Go” oyunu ilə tanınan, əlavə reallıq (AR) texnologiyalarının tərtibatçısı olan Amerikanın “Niantic” şirkəti öz oyun bölməsini Amerika oyun tərtibatçısı “Scopely”ə satdığını elan edib. Müqavilənin dəyəri 3.5 milyard dollardır.

Qeyd edək ki, “Scopely” şirkəti Səudiyyə Ərəbistanının suveren sərvət fondu, “Public Investment Fund”a (PIF) məxsusdur, buna görə də “Niantic”in satın alınması Səudiyyə Ərəbistanının videooyunlar və kiberidman bazarında daha fəal olmaq istəyinin növbəti sübutu kimi qəbul edilə bilər. Ümumilikdə Səudiyyə Ərəbistanı bu sahəyə 40 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır.

“Niantic”in oyun bölməsinin satışı, çox güman ki, onun 2016-cı ildə buraxılan və ilk ilində 500 milyondan çox oyunçuya sahib olan “Pokemon Go”nun uğurunu təkrarlaya bilməməsi ilə bağlıdır.

“Niantic” oyun bölməsini satdıqdan sonra diqqətini “geoməkan texnologiyaları”nın inkişafına yönəltməyi planlaşdırdığını və bu cür texnologiyalar və süni intellekt bölməsini “Niantic Spatial” adlı ayrıca bir şirkətə çevirəcəyini söyləyib.

Son xəbərlər
Digər xəbərlər