9 C
Baku
Friday, February 20, 2026

“Pokemon Go”nun tərtibatçısı Türkiyənin “Loom Games” oyun studiyasını satın alıb

“Savvy Games Group”a məxsus olan “Scopely” şirkəti məşhur “Pixel Flow” oyununun müəllifi olan Türkiyənin “Loom Games” şirkətini alıb, bu barədə “Bloomberg” yazır.

“Pixel Flow” 2025-ci ilin sonunda buraxılıb. Oyunun auditoriyası 10 milyon istifadəçidən ibarətdir. Bu rəqəmə aktiv oyunçuların, yoxsa oyunu ən azı bir dəfə sınayanların daxil edildiyi məlum deyil.

Sövdələşmənin şərtləri açıqlanmır. “Loom Games”in təsisçiləri Kübra Gündoğan və Emre Çelik studiyaya rəhbərlik etməyə davam edəcəklər.

“Savvy Games Group” Səudiyyə Ərəbistanının suveren investisiya fondu (PIF) tərəfindən idarə olunan şirkətdir. “Bloomberg”in qeyd etdiyi kimi, fond vasitəsilə ölkə videooyun bazarında “təsirli oyunçuya çevrilmək” məqsədilə oyun şirkətlərini satın alır.

2025-ci ildə “Savvy Games Group” amerikalı tərtibatçı “Niantic”in (Pokemon Go, Pikmin Bloom, Monster Hunter Now oyunları) oyun biznesini 3,5 milyard dollara alıb. 2026-cı ilin fevralında isə “Moonton” oyun studiyasını əldə edib.

Bundan əlavə, fond “Electronic Arts”ı 55 milyard dollara alan investorlar konsorsiumuna da qoşulub. Nəşrin yazdığına görə, fondun “Nintendo”da da payı var.

Son xəbərlər
Digər xəbərlər