27 C
Baku
Saturday, July 13, 2024

Polad Bülbüloğlu Azərbaycan XİN başçısının Moskva səfərinin əsas məqsədini açıqlayıb

“Azərbaycan Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq qalır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da təsdiq edib”.

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində bildirib.

“Azərbaycan XİN başçısının məlum səfərinin əsas məqsədi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağdakı hazırkı vəziyyət, Ermənistanı sülhə məcbur etmək barədə məsləhətləşmələr aparmaq, habelə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəl əldə edilmiş razılaşmaların icrası, dayanıqlı və tam nizamlanma üçün şərait yaradılması ilə bağlı məsələləri müzakirə etməkdir. Görüşdə nazir Ceyhun Bayramov bir daha Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasına və qəbul edilmiş 10 oktyabr bəyanatına sadiqliyini təsdiq edib”, – deyə diplomat vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər