10 C
Baku
Tuesday, November 26, 2024

Polad Bülbüloğlu Ermənistanın Dağlıq Qarabağla bağlı mövqeyinə şərh bildirib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının “bütün körpülərin yandırılması” anlamına gəldiyi barədə xəbərdarlıq edib.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

“Reaksiya çox mənfi olacaq. Bu halda yalnız bir yolumuz olacaq, o da sona kimi getmək”, – deyə səfir söyləyib.

Polad Bülbüloğlu həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanı “faciənin günahkarı” adlandırıb və sərt açıqlamaları ilə danışıqlar prosesinə mane olmağa çalışmaqda təqsirləndirib.

Diplomatın sözlərinə görə, Azərbaycan erməniləri Qarabağdan qovmaq məqsədini güdmür, əksinə “hər kəsin birlikdə yaşaya bilməsi üçün azərbaycanlıları oraya qaytarmaq” istəyir. Səfir əlavə olaraq qeyd edib ki, bu münaqişə erməni birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, sərhədlərin açılması və ticarətin bərpası yolu ilə həllini tapa bilər.

Son xəbərlər
Digər xəbərlər