Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərarə əsasən, metal səthlərinin aşındırılması üçün preparatlar (aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün metaldan və digər materiallardan ibarət olan tozlar və pastalar) və silisiummanqanlı poladdan məftillər 30 sentyabr 2027-ci il tarixinədək 5 faiz idxal gömrük rüsumundan azad edilir.