2 C
Baku
Saturday, December 14, 2024

Polietilen torbaların pullu olması istehsalı 72% azaldıb, lakin təbiət üçün zərərli plastik butulka istehsalı ikiqat artıb

2023-cü ilin fevralından polietilen torbaların ticarət şəbəkələrində və marketlərdə pulla satışına başlaması istehsalı “vurub”, amma təkcə bu sahədə geriləmə var.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  2023-cü ilin ilk 10 ayı ərzində ölkə ərazisində cəmi 1 036.4 tonluq polietilen torba istehsal edilb. Bu 2022-ci illə müqayisədə 71.6% azalmadır.

Qeyd edək ki, ilin əvvəlindən marketlərdə alıcılara polietilen torbalar ölçüsündən asılı olaraq ayrıca məhsul növü kimi 1, 3, 5 qəpiyə satırlar. Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların istehlakçıya satılması qadağandır. Vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək cərimə edilə bilər”.

Bu torbaların pulla satılması ekoloji faktorla əlaqəlidir. Bununla belə, digər plastmas məhsulların istehsalında isə, əksinə artım müşahidə edilir.

Belə ki, plastmas butulkalar, flakonlar və oxşar məmulatların həcmi illik müqayisədə 2 dəfəyə yaxın artaraq 125.5 milyon ədəd olub.

 

 

 

Son xəbərlər
Digər xəbərlər