30 C
Baku
Tuesday, June 28, 2022

Polipropilendən Azərbaycan satışından Azərbaycana $54.4 mln. valyuta daxil olub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 67.1 min ton ilkin formatlarda polipropilen ixrac edib.

Dövlət Gömrük Komitəsinə istinadən, 10 aylıq ixracın dəyəri 54.45 mln. dolları təşkil edib.

Hesabat dövründə polipropilen qeyri-neft sektoru üzrə ixracda 3.8 % paya malik olub.

Polipropilen “SOCAR Polymer”in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər
Oxşar xəbərlər