Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb.
Bu gündən etibarən hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.
Polis əməkdaşlarının peyvəndlənməsi DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında həyata keçirilir.
Qeyd edək ki, yanvarın 18-dən tibb işçiləri, fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb olunub.