8 C
Baku
Thursday, December 12, 2024

Polis Ağdamda xidməti fəaliyyətini bərpa edib

Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilən Ağdam şəhərində və kəndlərində xidməti fəaliyyətini bərpa edib.

Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən postlar qurulub və təhlükəsizliyə tam şəkildə nəzarət edilir.

907a1e32 2d48 3d2b ab7e e9e4e8bbaf24 b25e701c c57c 32c4 ba72 69e3dd533d6d 237bd056 2aa5 3715 aebe 8e6060827576

 

Son xəbərlər
Digər xəbərlər