Amerika şəhəri San-Diyeqoda təhsil alan universitet tələbəsi dörd gündən çox pəncərəsiz həbsxana otağına atıldıqdan sonra ABŞ hökumətindən 4 milyon dollar dəyərində təzminat alıb.
Deniel Çonq ölməmək üçün öz sidiyini içməyə məcbur olmuşdu və öz qolunu cızaraq anasına ölüm qabağı məktub yazmağa cəhd etmişdi, həmçinin o güclü hallusinasiyalar görürdü. Yalnız dörd gün keçəndən sonra onun qışqırıqları və qapını döyməsi eşidilib və onu San-Diyeqoda yerləşən narkotiklərlə mübarizə bölməsinin həbsxana otağından azad ediblər.
Bu hadisə 2012-ci ildə baş verib. Gənc oğlan narkotiklərlə mübarizə bölməsinin polislərinin reydi zamanı saxlanılmışdı. Polislər tərəfindən saxlanıldıqdan sonra polislər ona qarşı heç bir iddianın olmadığını iddia etmişdilər. Lakin onu həbsxana otağında dörd gün unudurlar.
O, beş günü xəstəxanada keçirdir. Burada o, susuzluqdan, böyrək çatışmazlığından, sudurqadan və həzm sisteminin pozulmasından müalicə alırdı.
Həmçinin o, 7 kiloqram çəki itirmişdi.
Bu insident nəticəsində narkotiklərlə mübarizə departamentinin sədri may ayında ictimaiyyətin qarşısında çıxış edərək üzr istəmişdi. Bu hadisə polislər tərəfindən sakinlərin saxlanılması siyasətinin, həmçinin hər gün həbsxana otaqlarının yoxlanılmasının yaradılmasına səbəb olmuşdu.