Politico: ABŞ neft şirkətləri Hörmüz boğazından istifadə üçün ödənişə qarşı çıxıblar

ABŞ-ın neft şirkətlərinin rəhbərləri prezident administrasiyasına müraciət edərək İranın sülh danışıqları çərçivəsində Hörmüz boğazından istifadə üçün ödəniş tələb etməsinə etiraz ediblər. Bu barədə mənbələrə istinadən Politico yazır.

Neft sənayesi nümayəndələrinin sözlərinə görə, İranın bu tələbinə razılıq verilməsi hər bir tədarükün dəyərini 2,5 milyon dollar artıracaq — bu da yol rüsumları və daha yüksək sığorta tarifləri ilə bağlı olacaq və nəticədə istehlakçıların üzərinə düşəcək. Bundan əlavə, boğaza nəzarətin İrana verilməsi Sinqapur və Türkiyə də daxil olmaqla digər ölkələr üçün presedent yarada bilər. Mənbənin bildirdiyinə görə, şirkətlər bu narahatlıqları ABŞ prezidentinə də çatdırıblar, lakin daha yumşaq formada.

Ağ Evin mətbuat katibi Karolayn Levitt isə bildirib ki, administrasiya İranın təklifləri üzrə “daha məntiqli” variant üzərində işləyir. O, Donald Trampın İranın istəklər siyahısını qəbul edəcəyi fikrini absurd adlandırıb.

Son xəbərlər
Digər xəbərlər