ABŞ administrasiyası ehtiyat edir ki, İran rəsmiləri ABŞ və ya İsraili İslam Respublikasının prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasında əli olmaqda ittiham edə bilər. Bu barədə bazar ertəsi “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Vaşinqton Tehranın reaksiyasını diqqətlə izləyir, regional status-kvonu saxlamağa ümid edir və eyni zamanda hipotetik ittihamların İsraillə münasibətlərdə gərginliyin artmasına səbəb ola biləcəyindən ehtiyat edir. Amerika hakimiyyətinin fikrincə, yaxın gələcəkdə İran siyasətində dəyişikliklərin baş verməsi ehtimalı azdır.
“Politico”nun məlumatına görə, mayın 19-da ABŞ rəsmiləri axtarış-xilasetmə əməliyyatını həyəcanla izləyib, “qəzanın Yaxın Şərqdəki vəziyyəti necə dəyişə biləcəyi barədə saatlarla fərziyyələr aparıblar”. Nəşrin həmsöhbəti bildirib ki, “III Dünya müharibəsi həqiqətən belə başlayır?” sualı artıq əvvəlki qədər ağlasığmaz səslənmir.