Almaniya, İtaliya və Belçika hökumətləri 10 martda Avropa ölkələrinin liderləri ilə videokonfrans keçirərək enerji daşıyıcılarının qiymətlərinin artımı problemini müzakirə edəcək. “Politico” nəşrinin məlumatına görə, müzakirədə Avropanın ən azı on ölkəsinin rəhbəri iştirak edəcək.
Nəşr qeyd edir ki, bu müzakirə 19 martda keçirilməsi planlaşdırılan Avropa Şurasının növbəti iclası üçün əsas yaratmaq məqsədi daşıyır. Bundan əvvəl Avropa hökumətləri üçün prioritet “bürokratik prosedurların azaldılması” idi, lakin Yaxın Şərqdə hərbi münaqişə səbəbindən enerji qiymətlərinin kəskin artması Aİ liderlərini “tammiqyaslı böhranın qarşısını almaq üçün təcili yollar axtarmağa məcbur edib”.
9 martda neftin qiyməti bir barel üçün 100 dolları keçib. Həmin gün Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Böyük Britaniyanın maliyyə nazirləri inflyasiya şokunun qarşısını almaq məqsədilə strateji neft ehtiyatlarının mümkün azad edilməsi məsələsini koordinasiya etmək üçün danışıqlar aparıblar. Növbəti gün isə neft qiymətləri geri çəkilib.





