9 C
Baku
Wednesday, January 22, 2025

Politico: Aİ və Britaniya ABŞ ilə ticarət müharibəsinə hazırlaşır

“Politico” məlumatlı mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqı və Böyük Britaniya ABŞ prezidenti Donald Trampın Avropa ölkələrindən gətirilən mallara rüsumları artıracağı təqdirdə əks tədbirlər görəcək.

Nəşrin yazdığına görə, Aİ və Britaniya rəsmiləri ABŞ-də hakimiyyətə gələn Donald Trampın Avropa ixracına zərbə vurmayacağını hesab edirlər, lakin cavab rüsumları da daxil olmaqla, bütün əks tədbirlər arsenalının hazır olduğunu vurğulayırlar. “Politico”ya görə, Brüssel və London bir neçə aydır mümkün ticarət müharibəsi ssenarilərini hazırlayır.

Aİ Donald Trampın proteksionist siyasətə qayıdacağından və onun ilk prezidentlik dövründə olduğu kimi Avropa İttifaqından gələn məhsullara tarifləri yenidən qaldıracağından ehtiyat edir.

“The Telegraph” yazır ki, Britaniyanın Baş naziri Keir Starmer ABŞ-nin yeni administrasiyası ilə ölkəni rüsum ödəməkdən azad edə biləcək saziş bağlamağa çalışır. Bununla belə, krallıq proteksionist yanaşmanı istisna etmir.

Son xəbərlər
Digər xəbərlər