19 C
Baku
Friday, October 24, 2025

Politico: Avropa İttifaqı LUKOIL-ə qarşı sanksiyalar hazırlayır

Avropa İttifaqı neft şirkəti LUKOIL ilə əlaqələri kəsmək üçün mümkün variantları araşdırır. Bu barədə yüksəkvəzifəli Aİ rəsmisinə istinadən “Politico” yazır. Məlumata görə, Brüssel hazırda Rusiya şirkəti ilə aparılan maliyyə tranzaksiyalarına qadağa üzərində işləyir.

Nəşrin mənbəsinin sözlərinə görə, şirkət hələ də Avropada geniş fəaliyyət göstərir. LUKOIL-in neft emalı zavodları Bolqarıstan və Rumıniyada yerləşir, şirkətə məxsus yanacaqdoldurma məntəqələri isə bütün qitə üzrə fəaliyyət göstərir. “Biz sanksiyaları tam tətbiq etməzdən əvvəl bu məsələlərdən ayrılmağın yolunu tapmalıyıq”, – “Politico”nun həmsöhbəti bildirib.

Bu həftə ABŞ artıq LUKOIL və “Rosneft” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi fəaliyyətin başa çatdırılması üçün Rusiya şirkətləri ilə maliyyə əməliyyatlarının 21 noyabradək həyata keçirilməsinə icazə verib. Bu addımlar Ukrayna münaqişəsi ilə bağlı Rusiyanın “sülh prosesinə ciddi sadiqlik göstərməməsi” səbəbilə ölkənin energetika sektoruna təzyiqi artırmaq məqsədi daşıyır.

Son xəbərlər
Digər xəbərlər