ABŞ prezidenti Donald Tramp “Politico”ya görə Avropanın ən nüfuzlu adamı seçilib. Nəşrin yazdığına görə, 2025-ci ildə Avropaya ABŞ liderindən daha böyük təsir göstərən başqa heç kim olmayıb.
“Politico” reytinqində ikinci yeri Danimarkanın Baş naziri Mette Frederiksen, üçüncü yeri isə Almaniyanın kansleri Fridrix Mers tutub. Bundan əlavə, nəşr Avropaya təsir göstərən digər şəxslər sırasında Rusiya prezidenti Vladimir Putini (5-ci yer), Avropa Komissiyasının sədri Ursula fon der Leyeni (7-ci yer), NATO-nun baş katibi Mark Ryutteni (8-ci yer), Ukrayna lideri Volodimir Zelenskini (14-cü yer) və başqalarını qeyd edib.
8 dekabrda “Politico” yazmışdı ki, Trampın təsiri o qədər böyükdür ki, Avropa liderləri öz narazılıqlarını yalnız “simvolik diplomatik etirazlarla” ifadə edə bilərlər və ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyası hüdudlarından kənara çıxmağa qadir deyillər.






