13 C
Baku
Wednesday, May 8, 2024

“Politico”: Ukrayna Zelenskinin mümkün ölümü ilə bağlı plan hazırlayıb

Ukrayna ölkə başçısı Volodimir Zelenskinin mümkün ölümü ilə bağlı plan hazırlayıb, bu barədə rəsmi açıqlamalara istinadən “Politico” yazır.

Belə ki, Ukrayna Konstitusiyasının 112-ci maddəsinə əsasən, prezidentin səlahiyyətlərinə vaxtından əvvəl, o cümlədən vəfatla əlaqədar xitam verildiyi halda, Ali Radanın sədri dövlət başçısı kimi fəaliyyət göstərməlidir. “Politico” yazır ki, hazırkı spiker, “Xalqın xidmətçisi” partiyasının üzvü Ruslan Stefançukun ictimai rəy sorğularında yüksək etimad reytinqi yoxdur, ona vətəndaşların təxminən 40%-i güvənir. Bundan əlavə, Stefançuk müxalifət deputatları arasında populyar deyil, qəzet qeyd edir.

Çox güman ki, Zelenski öldüyü halda, Ukraynanı kollektiv hökumət idarə edəcək. Nəşr təklif edir ki, komandaya Zelenskinin baş qərargah rəisi Andrey Yermak, xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov daxil ola bilər.

2022-ci ilin mayında Zelenski Davosda videobağlantı vasitəsilə çıxışı zamanı demişdi ki, Ukrayna rəhbərliyinin hər hansı üzvünün, o cümlədən onun öldüyü halda, Kiyev “B planı” üzrə hərəkət edəcək. Zelenskinin sözlərinə görə, bu təqdirdə, Ukrayna qanunvericiliyinə görə, “dövləti idarə edəcək kimsə var”.

“Mən də, baş nazir də, parlamentin rəhbəri də bölünmüşük. Bizdə parlamentli-prezident respublikasıdır. Biz başa düşürük ki, hər hansı itki olarsa, bu prosesə hazırıq. Biz Nazirlər Kabinetini iki yerə böldük. Bu, ölkənin belə nəticələrdən özünü qoruya bilməsi üçündür” – deyə Zelenski bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər